Ağıllı uşaqlar yetişdirmək üçün neynəmək olar?

Ağıllı uşaqlar yetişdirmək üçün neynəmək olar?

 

 

www.readit.az saytı sizə müxtəlif və faydalı mövzularda kitablar və məqalələr təqdim etməyə davam edir. Bu həftəki məqaləmizin mövzusu saytımıza qısa müddət əvvəl qısa məzmunu yerləşdirilən məşhur neyropsixiatr Dan Siyeqal və valideynlik mütəxəssis Tina Brayson tərəfindən yazılmış Ağılla tərbiyə kitabıdır. Müəlliflər bu kitabda sizə beynin fəaliyyəti ilə bağlı bir neçə sadə və asan anlaşılan prinsipi öyrətməklə uşağınızı daha yaxşı anlamaqda, çətin vəziyyətlərdə effektiv həllər tapmaqda və övladınızın sosial, emosional və psixoloji sağlamlığı üçün möhkəm təməllər formalaşdırmaqda kömək edəcək.

 

İnsan beyni müxtəlif hissələrdən ibarətdir və uğurlu olmaq üçün bu hissələrin bir-birilə əlaqəli fəaliyyəti vacib şərtdir. Dan Siyeqal və Tina Brayson kitabda beynin hər iki tərəfini (sol və sağ) birlikdə istifadə etməyə imkan verən 12 strategiyadan bəhs edir.

 

Həmin strategiyaların hamısı ilə tanış olmaq üçün saytımızdakı qısa məzmuna keçid edə bilərsiniz. Biz isə bu məqalədə həmin strategiyalardan biri haqqında məlumat verəcəyik.

 

1-ci Strategiya: Övladınızla əlaqə qurun və onu yönləndirin

 

Uşağınızın beyninin necə işlədiyini anlamaqla, onunla daha sürətli və asan ünsiyyət qura bilərsiniz. Övladınız kədərli olduqda, əvvəlcə onun sağ beyninin emosional ehtiyaclarını, tələblərini ödəməli, daha sonra isə sol beyni vasitəsilə onu istiqamətləndirməlisiniz. Məsələn, o hər hansı bir vəziyyətdə sizdən məntiqli hesab etmədiyiniz bir şey tələb edə bilər. Kitabda qeyd olunan nümunəyə nəzər salaq: Buradakı nümunədə 7 yaşlı oğlan ad gününə hələ 10 ay qaldığı üçün və ev tapşırıqlarını etməli olduğu üçün kədərli olduğunu dilə gətirir. Bu vəziyyətdə adətən valideynlər iki yoldan birini seçir: ya onu bu vəziyyətdən birbaşa çıxarmağa (istədiklərini verməklə) çalışır, ya da hərəkətlərinin məntiqsiz olduğunu deyirlər. Ancaq bunların heç biri uşağın ehtiyaclarını ödəmir. Onu anlamaq və düzgün istiqamətləndirmək istəyirsinizsə, bunu sözlərinizlə ifadə edin, daha sonra isə münasib həll yolu təklif edin.

 

Bir sözlə, bu kitab beynin hissələrinin necə inteqrasiya ediləcəyini öyrədir. İnteqrasiya yaxşı işləyən bir tamlıq formalaşdırmaq üçün müxtəlif elementlərin bir-biri ilə əlaqələndirilməsidir. Uşaqların fəaliyyətində inteqrasiya olmadıqda, onlar hisslərinə məğlub olur, daxil olduqları situasiyalara məntiqli reaksiya verə bilmir. Bu cür davranışlar valideynləri də çətinliyə salır. Bəzi hallarda valideynlərin istifadə etdikləri ifadələr də uşaqları əsəbləşdirə bilir. Müəlliflər məhz bu kimi problemlərin öhdəsindən gəlməkdə sizə kömək edir.

    

Qısa məzmunun ardını oxu => Kitaba keçid

 

Bundan başqa saytımızda mövcud olan “Valideynlər üçün kitablar” kateqoriyasından oxşar mövzulu kitablarla da tanış ola bilərsiniz.


Bütün xəbərlər