Readit.az və Ulduzum proqramından möhtəşəm kampaniya: Kitabları 50% endirimlə oxuyun

Readit.az və Ulduzum proqramından möhtəşəm kampaniya: Kitabları 50% endirimlə oxuyun

 

www.readit.az saytı oxucularını sevindirməkdə davam edir. Sayt bu gündən etibarən Azəri Card ödəniş sisteminə qoşularaq sizin ödənişlərinizi daha rahat, təhlükəsiz, həm də manatla qəbul edəcək. Bundan başqa, oxucular  Readit və  “Bakcell”in Ulduzum proqramı ilə əməkdaşlıq çərçivəsində 50 % endirim ala bilərlər. 50 % endirimdən yararlanmaq üçün aşağıdakı təlimatdan istifadə etməyiniz lazımdır:

1. Sizə uyğun abunə paketini seçin. http://readit.az/az/subscribe/private

2. Ödəniş bölməsinə keçdikdən sonra, Ulduzum kodunu əldə etməlisiniz (yalnız Bakcell abunəçiləri üçün). Bunun üçün:

- “1” yazıb 5555 qısa nömrəsinə SMS göndərin və proqrama qoşulun. SMS pulsuzdur.

- *5555#YES yığın və ya “*” yazıb 5555 qısa nömrəsinə SMS göndərin və 4 rəqəmli şifrə alın. SMS-in qiyməti 0.03 AZN.  

3. Aldığınız şifrəni Ulduzum promo şifrə xanasına qeyd edin və “endirim al” düyməsini tıklayın.

4. Təbriklər J Siz 50% endirim əldə etdiniz

5. Endirimli qiymətlə ödənişə davam etmək üçün “Ödə” düyməsini tıklayaraq  AzəriCard ödəniş sisteminin səhifəsinə keçid alacaqsınız. Ödəniş etdikdən sonra sizin Readit kitabxanasına girişiniz açılacaq.

Məsələn, siz www.readit.az saytına 1 aylıq abunə olmaq istəyirsiniz. Abunə paketinin qiyməti 8.90 AZN-dir. Ulduzum promo şifrəsi ilə siz bu paketi cəmi 4.45 AZN - ə əldə edə bilərsiniz. Bu sərfəli təkliflə siz kitabxanada olan bütün kitabların qısa məzmununa giriş hüququ alacaqsınız.

Readit.az saytı qeyri bədii ədəbiyyatın elektron formatda “tez və rahat” oxumağa imkan verən Azərbaycanın ilk və yeganə internet layihəsidir. Saytın unikallığı və aktuallığı ondan ibarətdir ki, oxucular nəinki lazımi biznes və ya digər qeyri bədii ədəbiyyatının axtarışına vaxt sərf etməyəcək, ən əsası onun oxunmasına sərf olunan vaxta qənaət edəcək. Təsəvvür  edin ki, cüzi məbləğ ödəməklə siz oxunması vacib olan ən məşhur kitabların qısa məzmununu 4 dildə əldə edəcəksiniz. Qeyd edilməlidir ki, kitabxanada olan bir çox kitablar azərbaycan dilində heç vaxt çap olunmayıb.

www.Readit.az layihəsində təqdim olunan kateqoriyalara əsaslanaraq deyə bilərik ki, xidmət ilk növbədə, bütün menecer və rəhbərlər, bugünkü və gələcək sahibkarlar, əməkdaşlarının peşəkar və şəxsi inkişafına dəyər verən şirkətlər və müvafiq profilli ali məktəb tələbələri üçün nəzərdə tutulub. Layihə həmçinin dünyagörüşünü artırmaq istəyən savadlı şəxslər və ya sadəcə işgüzar dilini inkişaf etdirmək istəyənlər  üçün də ideal vasitədir.

Qeyd edək ki, 2.1 milyon nəfərdən çox abunəçisi və 180-dən çox tərəfdaşı olan Ulduzum bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və Ulduzum proqramının tərəfdaşları olan müəssisələrin müştərilərinin loyallığını təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda ən yaxşı istehlakçı xidmətidir.

Ulduzum proqramından istifadənin daha asan olması məqsədilə abunəçilərin istifadəsinə verilən Bakcell Ulduzum Applikasiyasını (həm iOS, həm də Android platforması) www.ulduzum.az keçidindən istifadə edərək yükləmək olar. Bu applikasiyasını yükləməklə abunəçilər tərəfdaş siyahısına və endirim faizlərinə, xəritədə onlara yaxın olan tərəfdaşlara və öz istifadə tarixçəsinə asan keçid əldə edə bilərlər.

 


Bütün xəbərlər