"Partizan marketinqi. Kiçik xərclərlə gəlir əldə etmə üsulları" kitabının qısa məzmunundan bir hissə

İlk dəfə 1984-cü ildə dərc edilən kitab marketinqin klassikasına aid edilir və marketoloqlar tərəfindən oxunması məcburidir. Kitabda bəhs olunan strategiya kiçik şirkətlərin cüzi marketinq büdcəsi ilə necə kreativlik işlədərək daha güclü və böyük rəqiblərlərlə rəqabət apara bilməsini haqqındadır. Levinson yeni kitabında partizan fəndlərinin siyasını böyüdərək, həmçinin internet sahəsinin istifadəsini də siyahıya salıb. Bu kitab milyon tirajlarla çap edilmiş, Levinsonun partizan marketinq kursu isə MBA təhsil proqramına salınmışdır. 

“Partizan marketinqi” termini Cey Levinsonun sayəsində marketinqə gəlib. Əgər əvvəl cavan biznesmenlər maliyyə yatırımından çəkinirdilərsə, ancaq indi bir çox partizan marketinq mütəxəssisləri effektiv, az büdcəli yollarla məhsul və xidmətlərin satışını reallaşdırır.

Partizan marketinqi müştəri psixologiyası bilgilərinə və tələbata əsaslanaraq  tamamilə idarə olunan bir prosesdir.

İlk dəfə 1984-cü ildə dərc edilən kitab, marketinqin klassikasına aid edilir və marketoloqlar tərəfindən oxunması məcburidir. Bundan sonra bu termin geniş şəkildə yayılmağa başladı və hər bir marketoloqun “döyüş arsenalına” daxil edildi. Bu strategiya sizə kiçik biznesinizlə daha iri rəqiblə mübarizə aparmağın və müasir innovativ marketinq metodlarından necə səmərəli istifadə etməyin yollarını izah edir. 

Belə ki, “partizan marketinqi”-nə görə:

  • bəzən məhsulların pulsuz paylanması, satılmasından daha gəlirlidir.
  • marketinq kampaniyası satışlarda rekord vura bilər, amma yenə də ziyan gətirə bilər.
  • ən nəhayət, jurnalistlərlə dostluq etmək lazımdır.

 

 

Marketinq nədir?

Marketinq davam edən bir proses olub sizin şirkəti dünyaya təqdim edən bütün üsulları əhatə edir.

“Marketinq” sözü haqqında fikirləşən zaman ilk ağlınıza gələn nə olur? Televiziyada reklam, qəzetdə elan və ya yol qırağında reklam lövhələri? Bunların hamısı səmərəlidir, amma siz nə zamansa “marketinq” termininin nə məna verdiyi haqqında düşünmüsünüz?

Mütəxəssis olmayan üçün marketinq istehlakçılara sizi tanıdan hər bir detaldan ibarətdir: Sizin embleminiz, məhsulun qablaşdırılması, informasiya bulleteninin yerləşməsi və s.

Marketinqin məqsədi insanların sizin təşkilat və ya şirkət haqqında düşündüklərini tənzimləməkdir. Marketinq insanların sizin məhsulunuzu qeyri-adi görməsini və ya qiymət və keyfiyyət nisbətində daha yaxşı olduğunu hesab etdiyini müəyyən edə bilər.

Marketinqin digər xüsusiyyəti isə onun diskret deyil, davam edən bir proses olmasıdır. Əvvəlcə siz marketinq kampaniyasını planlaşdırıb və ona start verirsiniz. Bu küçədə flayerlərin paylanması, güman edilən istehlakçılara elektron məktubların göndərilməsi və ya televiziyada ənənəvi reklam kampaniyasının başlanması ola bilər.

Amma kampaniya başa çatandan sonra, siz rahatlanmamalısınız. Bunun əvəzində siz bu kampaniyanın gətirdiyi gəliri, təkrar olaraq marketinqə investisiya edib kampaniyanı daima yenidən başlamalısınız.

Dünya dəyişdiyinə və yeni rəqiblərin həmişə sizi təqib etdiyinə görə siz potensial müştərilərin daima diqqətini cəlb etməyə çalışmalısınız.

Marketinqin bir proses kimi müəyyən edilməsinin başqa bir səbəbi onun yalnız yeni müştərilərin cəlb edilməsinə deyil, həm də mövcud müştərilərin qorunmasına yönəlməsindədir. Müştərilərin nə qədər məmnun olmasından asılı olmayaraq, onlar daim marketinq vasitəsi ilə sizin mövcudluğunuz haqqında bilməlidirlər.

Beləliklə, marketinq heç bir zaman başa çatmır, siz bu prosesi daim yenidən başlayırsınız.

Marketinqin təbiətini anlayandan sonra, siz “müvəffəqiyyətli marketoloq olmaq” adlı hədəfə doğru hərəkət edə bilərsiniz. 

 

“​Partizan marketinqi. Kiçik xərclərlə gəlir əldə etmə üsulları” (Guerrilla marketing)  kitabının qısa məzmununu online tam olaraq burada oxuya bilərsiniz.   


Bütün xəbərlər