"Altı şlyapa nəzəriyyəsi" kitabının qısa məzmunu ilə tanışlıq

Altı şlyapa nəzəriyyəsi

Edvard de Bono

 

Effektiv qərarlar qəbul etmə metodu

Çoxlarımız qərar verməyin çətin olduğu anlarla rastlaşırıq. Fikirlər, emosiyalar, ümidlər və faktlar bir-birinə qarışır. Bu “fikirlər burulğanında” qərar qəbul etmək həddən artıq çətinləşir. “Altı şlyapa” nəzəriyyəsi sizə məsələyə bütün baxış bucaqlarından baxmaq imkanı yaradır. Bu unikal nəzəriyyə hədəfə doğru aparan və qırmızı rənglə işarələnən bir yol xəritəsini yaratmağa imkan verir.

“Altı şlyapa” metodu səmərəli qrup müzakirələri və müstəqil qərar vermək üçün çox qiymətli bir metoddur. Bu metod sizə və sizin qrupa yardım etmək məqsədi ilə vəziyyəti hərtərəfli, harmonik və ən nəhayət? səmərəli nəzərdən keçirmək üçün müxtəlif təfəkkür tərzlərini təsvir edir.

Çoxlarımızın fikirləri qarışır. Onlar səbəbsiz və xaotik gəlir, emosiyalar rasional fikirlərə, xatirələrə və gələcəyə olan ümidlərə qarışır. Nəticədə onlar düşünməyə (xüsusilə də qərar vermək anında) mane olan dolaşıq bir tor yaradırlar.

Halbuki düşünmək məharəti, digər vərdişlər kimidir və təkmilləşdirilə bilər.

Bu kitab, bizim fikirlərimizə mane olan mürəkkəb toru açaraq, ən yaxşı qərarları qəbul etmək üçün təkmil bir sistem təklif edir.

Bu kitabı oxuyandan sonra Siz:

- emosiyalara nə vaxt çıxış vermək lazım olduğunu;

- səhv fikirlərdən yaxa qurtarmağın nəyə görə vacib olduğunu;

- bir şirkət gündə ona 100 min dollara başa gələn bir problemi 12 dəqiqə ərzində necə həll etdiyini öyrənəcəksiniz.

 

“Altı şlyapa” nəzəriyyəsinin mahiyyəti

“Altı şlyapa” metodu bizə yeni ideyaları fikirləşməyə və təfəkkür prosesini təkmilləşdirməyə yardım edir. 

Aydın təfəkkür üçün əsas maneə nədir? Cavab: qarışıqlıq.

Biz informasiya ilə işləyən zaman bir çox dəyişən fikirlərlə - emosional, məlumat yüklü, məntiqli, yaradıcı və gələcəyə yönələn fikirlərlə mübarizə aparmaq məcburiyyətində qalırıq. Bu bir neçə top ilə eyni zamanda jonqlyorluq etmək cəhdinə bənzəyir.

Bunun həlli yalnız  “Altı şlyapa” metodundadır.

“Altı şlyapa” ​ kitabının qısa məzmununu tam olaraq burada oxuya bilərsiniz.   


Bütün xəbərlər