www.readit.az artıq türk dilində

www.readit.az artıq türk dilində

İnformasiya əsrində yaşamağımız səbəbindən daim müxtəlif mənbələrdən faydalı və ya lazımsız məlumat axını ilə qarşılaşırıq. Öyrənmək və inkişaf etmək arzumuz bizi daim axtarışda olmağa vadar edir. Məhz belə bir dövrdə biz, yanlız faydalı və dəyərli ideyalardan ibarət xülasələri özündə cəmləşdirən, həm vaxtınıza, həm də büdcənizə qənaət etməyi planlaşdıran “ReadİT” Layihəsini yaratdıq və sizə təqdim etdik.

Layihənin əsas məqsədi ölkə əhalisinin, xüsusilə gənclərin savadlanmasına və istiqaməti düzgün seçməsinə intellektual dəstək olmaqdır. Biz sizə minimal məbləğlərlə maksimal ideyalar təklif edirik.

Qeyd edək ki, saytımızdakı qısa məzmunlar 8-15 səhifə intervalındadır. Artıq siz vaxt azlığından şikayət etmədən gündə 15-20 dəqiqənizi şəxsi inkişafınıza ayıraraq rəqabət dolu dünyamızda irəliləyə bilərsiniz.

Bu günə qədər əksər MDB ölkələrinə xidmət və dörd dildə fəaliyyət göstərən “ReadİT”, bu gün etibarən eyni zamanda, Avroasyanın ən iri dövlətlərindən biri olan qardaş Türkiyə bazarına daxil olur. Artıq saytımızdakı kitabların qısa məzmununu ingilis, rus və azərbaycan dillərindən başqa, türk dilində də əldə edib oxuya bilərsiniz. Saytımızda bu günə qədər nəinki Azərbaycan, hətta Türk dilinə tərcümə edilməmiş kitablara da rast gələcəksiniz.

Türk dilinə keçmək üçün dili türkcəyə çevirmək yetərli olacaq. 

Daim və sürətlə inkişaf edən dünyada uğur qazanmaq istəyirsinizsə, ən dəyərli sərvətinizdən-vaxtınızdan və ağlınızdan istifadə edin. Yalnız bu sayədə istəklərinizə çata bilərsiniz. Saytımızda qeydiyyatdan keçib, kitablardan faydalandığınız təqdirdə, biz də bu ərəfədə sizin yanınızda ola biləcəyik.

 


Bütün xəbərlər