Google necə işləyir?
Qiymətləndirmək

«Google necə işləyir?»

Erik Şmidt və Conatan Rozenberq

Kateqoriya : Biznes, menecment və biznes strategiyası

Bu kitab nə haqqındadır?

[ İlk dəfə azərbaycan dilində! ]

Dünya iqtisadiyyatının əsas dayaq nöqtələrindən birini təşkil edən, internet trafikinin 82%-ni idarə edən və 2013-ci ildə 53 milyard dollar gəlir qazanan dünyanın ən sürətli böyüyən, ən çox bəyənilən, ən çox danışılan şirkəti Google necə idarə olunur? Google-un iki idarəçisi - İcra heyətinin rəhbəri Erik Şmidt və vitse-prezident Conatan Rozenberq - tərəfindən yazılan bu kitab Google-un yaratdığı dəyərlər və şirkət mədəniyyəti sayəsində dünyanın ən güclü şirkətlərindən birinə çevrilməsindən bəhs edir. Strategiya, rəhbərlik, qərar qəbul etmə mexanizmləri, rabitə, innovasiya kimi məsələlərdə yeni yanaşmalar təqdim edən “Google necə işləyir?” (How Google Works) kitabı bir çox nümunələrlə dünyanın ən nəhəng şirkətlərindən birinin necə idarə edildiyini haqqında məlumatlar verir. Rəhbərlik və marketinq sahəsində son trendləri izləyən, şirkətini necə böyütmək və gücləndirmək haqqında düşünən, öz biznesini qurmaq istəyən və kariyera baxımındaan yüksəlmək istəyən insanlar üçün Google-un ən ağıllı iki rəhbərinin yazdığı bu kitab əvəzolunmaz məlumat mənbəyidir.


Müəllif haqqında:

Conatan Rozenberq 2002-ci ildə məhsul rəhbəri olaraq Google-da işləməyə başladı və şirkətin CEO-su Larri Peycin məsləhətçisi kimi fəaliyyətinə davam etdi. Hal-hazırda Alphabet Inc-da konsultant kimi işləyir.

Erik Şmidt 2001-2010 illər arasında Google-un icraçı direktoru və şirkətin idarə heyətinin sədri olmuşdur. Amerikalı proqram mühəndisi, biznesmen və Alphabet Inc. idarə heyətinin sədridir. 2016-ci ildə Forbes tərəfindən təxminın 10.4 milyard $ sərvəti ilə dünyanın ən zəngin 100 insanı arasında göstərilib.

Qısa məzmunun dili: azərbaycan dilində

Qısa məzmun toplusu

Kitab formatında. Artıq satışda!

- 1 kitabın qiymətinə 15 kitabı oxumaq imkanı əldə edəcəksiniz;

- Vaxtınıza və büdcənizə qənaət edəcəksiniz;

- Bu günə qədər Azərbaycan dilinə çevrilməmiş kitabların əsas ideyalarını oxumaqla, özünüzü inkişaf etdirib, daha da professional olacaqsınız.

- Kitab şəklində ömürlük konspekt əldə edəcəksiniz

Kitab səhifəsinə keçid

Yeni bestsellerlər və “must read” kitablar qısa məzmunda