Sarafan marketinqi
Qiymətləndirmək

«Sarafan marketinqi»

Endi Sernovits

Kateqoriya : Marketinq

Bu kitab nə haqqındadır?

“Sarafan marketinqi” kitabı şirkət haqqında müsbət söz-söhbətin və şayiələrin TV reklamdan da daha effektiv bir alət olmasından danışır. Müəllif nümunələr və təlimatların köməyi ilə məhsul haqqında pozitiv söz-söhbətin yaradılmasını ətraflı təsvir edir. Əslində bu kitab məmnun müştərilərin digərlərinə məsləhət görərək bu və ya digər xidmətlərin və ya məhsulların niyə görə xoşlandıqlarını danışaraq pulsuz reklam etmələri haqqındadır. Sarafan marketinqinə insanlar daha çox inanırlar, çünki məsləhət görən insanın bu prosesdə çox vaxt şəxsi marağı olmur. 


Müəllif haqqında:

Endi Sernovits – sarafan marketinqi üzrə ixtisaslaşan Gas Pedal konsaltinq şirkətinin və SocialMedia.org cəmiyyətinin rəhbəridir.

Endi Şimali-qərb universitetində sarafan marketinqi və Uorton biznes məktəbində isə internet sahibkarlıq fənnindən dərs deyir. O, 6 yeni şirkətə start verib, həmçinin Sarafan Marketinqi və İnteraktiv Marketinq assosiasiyalarının əsasını qoyub. 

Qısa məzmunun dili: azərbaycan dilində

Bu "qısa məzmun" kimlər üçündür?

* Biznes sahibləri;

* Marketoloqlar və marketinqlə maraqlananlar;

* Məhsul və ya xidmət haqqında dedi-qodu yaratmaq istəyənlər

Yeni bestsellerlər və “must read” kitablar qısa məzmunda