Partizan marketinqi. Kiçik xərclərlə gəlir əldə etmə üsulları
Qiymətləndirmək

«Partizan marketinqi. Kiçik xərclərlə gəlir əldə etmə üsulları»

Cey Konrad Levinson

Kateqoriya : Marketinq

Bu kitab nə haqqındadır?

İlk dəfə 1984-cü ildə dərc edilən kitab marketinqin klassikasına aid edilir və marketoloqlar tərəfindən oxunması məcburidir. Kitabda bəhs olunan strategiya kiçik şirkətlərin cüzi marketinq büdcəsi ilə necə kreativlik işlədərək daha güclü və böyük rəqiblərlərlə rəqabət apara bilməsini haqqındadır. Levinson yeni kitabında partizan fəndlərinin siyahısını böyüdərək, həmçinin internet sahəsinin istifadəsini də siyahıya salıb. Bu kitab milyon tirajlarla çap edilmiş, Levinsonun partizan marketinq kursu isə MBA təhsil proqramına salınmışdır. 


Müəllif haqqında:

Cey Konrad Levinson – 10-dan çox “partizan marketinq”i kitabların müəllifidir. Əvvəllər “Leo Barnet” reklam agentliyinin kreativ direktoru olmuş Levinson “Malboro kovboyu” obrazının yaradıcısıdır. O, 62 dilə tərcümə edilmiş və 21 milyon nüsxədən çox satılmış 58 kitabın müəllifi və həmmüəllifidir.

Qısa məzmunun dili: azərbaycan dilində

Yeni bestsellerlər və “must read” kitablar qısa məzmunda